Kitabları


         Əliyev Qaya  İbad oğlu. Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası. Bakı, “Elm və təhsil”,  2014, 208 səh.
                                                   

Monoqrafiyada Azərbaycan Respublikasının cinayət-prosessual qa­nun­­vericiliyinin mənbələrinin konseptual əsasları tədqiq olunmuşdur. Təd­qiqat za­manı cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi, bu sa­hə­də boşluq­ların və kolliziyaların aradan qaldırılması istiqamətində bir sıra el­mi-prak­tik təkliflər irəli sürülmüşdür ki, həmin təkliflərdən nor­ma­yara­tma or­qanları istifadə edə bilər. Kitab ali məktəblərin hüquq fakültələrinin tələbə­ləri həmçinin, elmi işçilər, o cümlədən hüquq-mühafizə orqanları əmək­daş­ları, hakimlər, prokurorlar, müs­təntiqlər, habelə dövlət qulluqçuları və ci­na­yət-prosessual hüquq sa­həsi ilə maraqlanan bütün hüquq ictimaiyyəti nü­ma­yəndə­ləri üçün nəzərdə tutul­muşdur.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


Əliyev Qaya İbad oğlu. Bir bölüyün manifesti (Yasamal taborunun II Bölüyünün Qarabağ müharibəsində keçdiyi döyüş yolu haqqında sənədli oçerk). Bakı, “Elm və Təhsil” - 2015. 372 səh. 

Kitab Yasamal taborunun II Bölüyünün Qarabağ müharibəsində keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Bölüyün tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda rəşadətlə döyüşmüş igid oğullarımızın hər birinin keçdiyi ömür və döyüş yolu müəllif tərəfindən ayrı-ayrılıqda təhlil olunaraq, bütövlükdə bölüyün hərbi-psixoloji panoraması yaradılmışdır. 
Gənc nəslin hərbi-vətənvərlik ruhunda tərbiyəsi istiqamətində qələmə alınmış bu kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN: 978-9952-8265-2-4


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


Əliyev Qaya İbad oğluCinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası : monoqrafiya / elmi red. M. Ə. Cəfərquliyev. - Yenidən işlənmiş II nəşri. - Bakı : Elm və Təhsil, 2015. - 224 s.                                                         ISBN 978-9952-8142-0-7

Monoqrafiyada Azərbaycan Respublikasının cinayət-prosesual qanunvericiliyinin mənbələrinin konseptual əsasları tədqiq olunmuşdur. Tədqiqat zamanı cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə boşluqların və kolliziyaların aradan qaldırılması istiqamətində bir sira elmi-praktik təkliflər irəli sürülmüşdür ki, həmin təkliflərdən normayaratma orqanları istifadə edə bilər.

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq