Haqqında


* Əliyev Qaya İbad oğlu 24 yanvar 1985-ci ildə Astara şəhərində ziyalı, müəllim ailəsində anadan olmuşdur.

* 1991-2002-ci illərdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı Orta Məktəbdə təhsil almışdır.

*   1996, 1997 və 2002-ci illərdə Astara Rayon İcra Hakimiyyəti tərəfindən keçirilmiş "İstedad- 96", "İstedad- 97", "İstedad-2002" Ümumrayon festivallarının müxtəlif nominasiyalar üzrə laureatı olmuşdur.


* 2002-ci ildə Astara Rayon gənclərini Respublika gənclərinin Biləsuvarda keçirilmiş zona müşavirəsində təmsil etmişdir.


* 2006-cı ildə AR Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində təcrübə keçmişdir.

* 2006-2007-ci illərdə Milli Təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətdə olmuşdur.


* 2013-cü ildə Səbail Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsində təcrübə keçmişdir.

* 2013-cü ildə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin "Hüquqşünaslıq" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

*  2013-cü ildə TQDK tərəfindən keçirilmiş ali məktəblərin magistratura pilləsinə qəbul imtahanında müvəffəqiyyət qazanaraq  Bakı Dövlət Universitetinin Transmilli cinayət hüququ ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2015-ci ildə həmin ixtisas üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vuraraq hüquq elmləri üzrə magistr elmi-ixtisas dərəcəsini əldə etmişdir.

* 2013-cü ildən İnsan hüquqları və maarifçilik İctimai Birliyində (2006-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır) insan hüquqları və hüquqi məsələlər üzrə sədr müavinidir.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilmiş "Səmərəli bələdiyyə idarəetməsində və qərarlarınqəbulunda QHT-lərin rolunun gücləndirilməsi” layihəsi üzrə hüquqşünas ekspert qismində fəaliyyət göstərmişdir.

* Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin "İnsan hüquqları və informasiya hüququ YUNESKO" kafedrasının saathesabı müəllimidir. "İnsan alverinə qarşı beynəlxalq və milli mübarizə" və "İnsan hüquqlarının müdafiəsinin beynəlxalq və milli mexanizmləri"  predmetlərini tədris edir.

* 2015-ci ildə  "Akif Hüquqi Xidmətlər Servisi" MMC-də hüquqşünas vəzifəsində işləmişdir.

* AMEA İnsan Hüquqları İnstitutunun Milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisidir.

* 2015-2016-cı illərdə "Qarantiya Hüquq Xidmətləri və Konsaltinq Şirkəti" MMC-nin İcraçı direktoru işləmişdir.

* 2016-cı ilin iyulundan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda Hüquqşünas işləyir.

* 1 elmi-monoqrafiyanın və 7 elmi məqalənin və 1 sənədli oçerkin müəllifidir.

*  Subaydır. İngilis, rus və türk dillərini bilir.

Əsərləri:

  1. Əliyev, Qaya İbad oğlu. Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası : monoqrafiya / Q. İ. Əliyev ; elmi red. F. T. Nağıyev. - Bakı : Elm və Təhsil, 2014. - 208 s
  2. Əliyev, Qaya İbad oğlu. Bir bölüyün manifesti : Yasamal taborunun II bölüyünün Qarabağ müharibəsində keçdiyi döyüş yolu haqqında sənədli oçerk / Q. İ. Əliyev. - Bakı : Elm və Təhsil, 2015. - 372 s.
  3. Əliyev, Qaya İbad oğlu. Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası : monoqrafiya (Yenidən işlənmiş II nəşri) / Q. İ. Əliyev ; elmi red. M.Ə.Cəfərquliyev. - Bakı : Elm və Təhsil, 2015. - 224 s
  4. Общепринятые принципы и нормы Международного права и Международные договоры, стороной которых является Азербайджанская Республика, как источники уголовно-процессуального законодательства Азербайджанской Республики. Гая Алиев. Баку, 2014 // http://dejure.az/ru/edu/obshcheprinyatye-principy-i-normy-mezhdunarodnogo-prava-i-mezhdunarodnye-dogovory-storonoy
  5. “Beynəlxalq cinayətlərə görə (o cümlədən soyqırım cinayətinə görə) məsuliyyət müəyyən edən qanunun retroakti tətbiqi ilə bağlı bəzi məsələlər” mövzusunda tezislər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş XX ənənəvi tələbə elmi konfransının (Bakı, 5 may 2015-ci il) materialları.
  6. “Cinayət qanunun geriyə qüvvəsinin şamil edilməsi (retroaktiv tətbiqi) institutunun inkişaf tarixi”. Elmi məqalə. “Hüquqi dövlət və qanun” elmi-nəzəri, təcrübi aylıq jurnalının 5-ci sayı (Bakı, 2015)
  7. "Normativ xarakterli aktlar Azərbaycan Respublikası cinayət-prosessual hüququnun mənbəyi kimi". Azərbaycan Vəkili" jurnalının 6-cı sayı. 2015. səh.24-32.  

4 şərh:

Adsız dedi ki...

bele genclerle fexr elemek lazimdir.

Adsız dedi ki...

sizi tebrik edirem.sadece agzim aciq qaldi.menimle yashid olmaginiz ve bu qeder fealliginiz ve tesirli sheirleriniz diqqetimi cox cekdi.sizi daha cox yuksekliklerden baxmag umudi ile gozleyirem. nuriyye quliyeva

Adsız dedi ki...

sizi tebrik edirem.heqiqeten cox meqsedli kariyera ugrunda addimlayirsiniz.eyni illerde oxumagimiza baxmayaraq sizi cox da xatirlamadim

Adsız dedi ki...

huquq diplomunuzu internetden cixartsaniz yaxshidi. istifade oluna biler

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq