Qaya Əliyevin monoqrafiyası nəşr olundu

Qaya Əliyevin monoqrafiyası nəşr olundu

Qaya Əliyevin monoqrafiyası nəşr olundu
Bu günlərdə gənc hüquqşünas Qaya Əliyevin 2014-cü ildə nəşr edilmiş “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusunda monoqrafiyasının yenidən işlənmiş ikinci nəşri “Elm və Təhsil” nəşriyyatı tərəfindən, Azərbaycan Hüquq İslahatları Mərkəzinin sifarişi və maliyyə dəstəyi ilə nəfis tərtibatda, kütləvi tirajla işıq üzü görmüşdür.
Bu barədə Bakumedia.az-a məlumat verən Qaya Əliyev bildirmişdir ki, monoqrafiyada Azərbaycan Respublikasının cinayət-prosessual qa­nun­­­­­vericiliyinin mənbələrinin konseptual əsasları tədqiq olunmuşdur. Təd­qi­qat za­manı cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi, bu sa­hə­də boş­­­luq­ların və kolliziyaların aradan qaldırılması istiqamətində bir sıra el­mi-prak­­­­tik təkliflər irəli sürülmüşdür ki, həmin təkliflərdən nor­ma­yara­tma or­qan­­­ları istifadə edə bilər.
Azərbaycan Hüquq İslahatları Mərkəzinin və şəxsən həmin ictimai birliyin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Hakimlərin Seçki Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görmüş kitab ali məktəblərin hüquq fakültələrinin tələbə­lə­­ri həmçinin elmi işçilər, o cümlədən hüquq-mühafizə orqanları əmək­daş­la­rı, hakimlər, prokurorlar, müs­təntiqlər, habelə dövlət qulluqçuları və ci­na­yət-prosessual hüquq sa­həsi ilə maraqlanan bütün hüquq ictimaiyyəti nü­ma­yən­­­də­ləri üçün nəzərdə tutul­muşdur.
Kitabın elmi redaktoru görkəmli hüquqşünas alim Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun «Cinayət hüququ və cinayət prosesi» şöbəsinin baş elmi işçisi, hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyevdir. Kitabın rəyçiləri – AMEA – nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov, BDU-nun «Cinayət hüququ və kriminologiya» kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Firudin Səməndərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət quruculuğu və hüquq» kafedrasının müdiri, hüquq elmləri namizədi, dosent Fəxrəddin Nağıyev, hüquq elmləri üzrə fəlsəfə doktoru Zaur Əzimov və  başqalarıdır.
Xatırladaq ki, kitab məhsuldar yaradıcılıq dövrü keçirən gənc hüquqşünas və yazarın  son 6 ayda nəşr olunmuş sayca üçüncü əsəridir. Belə ki, ötən il müəllifin “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusunda monoqrafiyası, ötən ay isə Qarabağ müharibəsində Yasamal taborunun II bölüyünün, eləcə də Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mirələkbər İbrahimovun keçdiyi şərəfli döyüş yolundan bəhs edən, hərbi-vətənpərvərlik mövzusunda, bədii-publisistik janrda qələmə alınmış “Bir bölüyün manifesti” sənədli-oçerki işıq üzü görmüşdür.
Mənbə:BakuMedia

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq