Qarabağ müharibəsi haqqında yeni kitab

Qarabağ müharibəsi
haqqında yeni kitab

Bu günlərdə gənc hüquqşünas Qaya Əliyevin “Bir bölüyün manifesti” oçerki “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis tərtibatda kütləvi tirajla çap olunub. Əsər Yasamal taboru şəhidlərinin timsalında Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuşşəhidlərimizin əziz xatirəsinə ithaf edilib.

Kitabda Yasamal taborunun II bölüyünün tərkibində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda rəşadətlə döyüşmüş igid oğullarımızın hər birininkeçdiyi ömür və döyüş yolu ayrı-ayrılıqda təhlil olunaraq, bütövlükdə bölüyün hərbi-psixoloji panoraması yaradılıb.
Əsərdə tabor komandiri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mirələkbər İbrahimovun həyat və fəaliyyəti, keçdiyi şanlı döyüş yolu da genişişıqlandırılıb. Kitabda, həmçinin Qarabağ münaqişəsinin, Xocalı soyqırımının, 20 Yanvar hadisələrinin  hüquqi aspektlərinə də toxunulub.
Kitabda “Ön sözüün müəllifi və redaktoru fəlsəfə elmləri doktoruprofessor Əsədulla Qurbanovdur. Əsərə Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvüvə A.Bakıxanov adına Tarix İnstitutunun direktorutarix elmləri doktoruprofessor Yaqub Mahmudov, “Yeni Azərbaycan” qəzetinin baş redaktorusiyasi elmlərdoktorupolitoloq Hikmət Babaoğlufilologiya elmləri doktoruprofessor Vüqar Əhməd, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavinitarixüzrə fəlsəfə doktoruprofessor Cəbi Bəhramov və yazıçı-publisist, polkovnik-leytenant Şəmistan Nəzirli rəy vermişlər.
Xatırladaq ki, sözügedən əsər ötən il “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusundamonoqrafiyası nəşr edilmiş gənc hüquqşünas Qaya Əliyevin bədii-publisistik janrda ilk qələm təcrübəsidir.

V. ƏLİYEV

Xalq qəzeti.- 2015.- 18 yanvar.- S.8.

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq