"Parlament-2015" Seçki Monitorinq Mərkəzində müşahidəçilərlə görüş və treninq keçirilib

31.10.2015 17:02   4 saat 34 dəqiqə əvvəl
AA
Bakı, 31 oktyabr, SalamNews. "Parlament-2015" Seçki Monitorinq Koalisiyasının Milli Məclisə noyabrın 1-nə təyin olunmuş seçkilərin monitorinqini aparmaq üçün hazırlanan müşahidəçiləri üçün sonuncu treninq keçirilib.

SalamNews xəbər verir ki, treninqdə Bakı və Sumqayıt şəhərlərində seçkiləri monitorinq edəcək müşahidəçilər iştirak ediblər. 120 nəfər müşahidəçinin iştirak etdiyi treninqdə "Parlament-2015" Seçki Monitorinq Koalisiyasının koordinatoru Rufiz Qonaqov müşahidəçilərin görəcəyi işlərdən danışıb.

Sonra koalisiyanın eksperti, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədr müavini Qaya Əliyev müşahidəçilərin hüquq və vəzifələri haqqında treninq iştirakçılarına təlim keçib. O bildirib ki, müşahidəçilərin Seçki Məcəlləsində təsbit olunmuş hüquq və vəzifələri, səlahiyyətləri var.

Treninqdə Koalisiyanın üzvləri - Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev və Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov da iştirak ediblər.

"Parlament-2015" Seçki Monitorinq Koalisiyasında ölkənin 5 qeyri-hökumət təşkilatı - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırılmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu, Azərbaycan Tələbələr Birliyi təmsil olunur.

Koalisiyanın ilk aralıq hesabatı (02 oktyabr-28 oktyabr) oktyabrın 29-da yayılıb.

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq