“Parlament-2015” Seçki Monitorinq Mərkəzində müşahidəçilərlə görüş və treninq keçirilib

Okt 31Oxunub 17
“Parlament-2015” Seçki Monitorinq Mərkəzində müşahidəçilərlə görüş və treninq keçirilib
“Parlament-2015” Seçki Monitorinq Koalisiyasının Milli Məclisə noyabrın 1-nə təyin olunmuş seçkilərin monitorinqini aparmaq üçün hazırlanan müşahidəçiləri üçün sonuncu treninq keçirilib.

Treninqdə Bakı və Sumqayıt şəhərlərində seçkiləri monitorinq edəcək müşahidəçilər iştirak ediblər. 120 nəfər müşahidəçinin iştirak etdiyi treninqdə “Parlament-2015” Seçki Monitorinq Koalisiyasının koordinatoru Rufiz Qonaqov müşahidəçilərin görəcəyi işlərdən danışıb. O bildirib ki, parlament seçkiləri ölkə üçün çox böyük tarixi hadisədir: “Vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, bizim üzərimizə də böyük və məsuliyyətli bir vəzifə düşür. Seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün 118 seçki dairəsi üzrə məntəqələrdə müşahidə aparılacaq və səsvermə prosesi izləniləcək. Artıq 380 müşahidəçimiz olan sizin həmkarlarınız bu treninqlərdə iştirak edib və müşahidə aparılması üçün regionlara ezam olunublar. Bu, sonuncu treninqdir və sizlər paytaxt Bakıda və Sumqayıt şəhərində müşahidə aparıb səsvermə prosesini monitorinq edəcəksiniz”.
Sonra koalisiyanın eksperti, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədr müavini Qaya Əliyev müşahidəçilərin hüquq və vəzifələri haqqında treninq iştirakçılarına təlim keçib. O bildirib ki, müşahidəçilərin Seçki Məcəlləsində təsbit olunmuş hüquq və vəzifələri, səlahiyyətləri var. Hər bir müşahidəçinin əsas vəzifəsi bu tələblərə əməl etməkdir. Səlahiyyət həddinin aşılması yolverilməzdir və bu, müşahidəçiliyin fəlsəfəsinə ziddir. Müşahidəçi seçki məntəqəsinə daxil olduqda qeydiyyatdan keçməlidir. Bütün bu hüquqlar və vəzifələr haqqında “Müşahidəçinin yaddaş kitabçası”nda ətraflı yazılıb. Müşahidəçilər faktları qeyd etməli və daha sonra toplanan faktları, rəyləri Koalisiyanın Monitorinq Mərkəzinə çatdırmalıdır. Bu məlumatlar analiz ediləcək və səsvermə prosesi ilə bağlı Koalisiyanın hesabatı hazırlanacaq.
Treninqdə Koalisiyanın üzvləri - Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev və Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov da iştirak ediblər.
“Parlament-2015” Seçki Monitorinq Koalisiyasında ölkənin 5 qeyri-hökumət təşkilatı - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırılmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu, Azərbaycan Tələbələr Birliyi təmsil olunur.
Koalisiyanın ilk aralıq hesabatı (02 oktyabr-28 oktyabr) oktyabrın 29-da yayılıb.
Mənbə: itv.az

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq