“İRƏLİ”-də Qaya Əliyevin monoqrafiyasının təqdimatı keçiriləcək


“İRƏLİ”-də Qaya Əliyevin monoqrafiyasının təqdimatı keçiriləcək
10 mart 2015-ci il tarixdə, saat 15:00-da “İRƏLİ” İctimai Birliyinin dəstəyi və “Prezident təqaüdçüləri” Gənclər Birliyinin təşkilatçılığı ilə “İRƏLİ” İctimai Birliyinin ofisində gənc hüquqşünas Qaya Əliyevin bu yaxınlarda “Elm və Təhsil” nəşriyyatı tərəfindən işıq üzü görmüş “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusunda monoqrafiyasının təqdimat mərasimi keçiriləcəkdir.
Bakumedia.az xəbər verir ki, kitabın yenidən işlənmiş II nəşri Azərbaycan Hüquq İslahatları Mərkəzinin sifarişi ilə həyata keçirilmişdir. Kitabın elmi redaktoru və rəyçiləri Azərbaycan hüquq elminin görkəmli simalarıdır.
Qeyd edək ki, təqdimatda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Bakı Dövlət Universitetinin professor-müəllim heyəti də təmsil olunacaq.
Qeyd:Tədbir ictimaiyyətə açıqdır.Bütün hüquq ictimaiyyəti və hüquq fakültələrinin tələbələri, eyni zamanda media mənsubları iştirak edə bilər.

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq