BDU-nun magistrantının kitabının təqdimatı oldu

“BDU-nun magistrantının kitabının təqdimatı oldu

Oxunma sayı: 438

Universitetin Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “İrəli” İB-nin ofisində keçirilən tədbiri açan Birliyin sədri Mirhəsən Seyidov əsərin əhəmiyyəti və Azərbaycan elmində rolu barədə məruzə edib. 
Daha sonra, monoqrafiyanı milli cinayət-prosessual hüquq elminin inkişafı sahəsində mühüm bir addım kimi qiymətləndirən hüquq elmləri üzrə fəlsəfə doktoru Z.Əzimov müəllifin elmi yaradıcılıq texnikası, əsərin ərsəyə gəlmə tarixçəsi və monoqrafiyanın elmi yeniliyi haqqında geniş söhbət açıb, məhz magistrantın belə bir spesifik sahədə monoqrafiya qələmə alması və geniş hüquq ictimaiyyəti tərəfindən qəbul edilməsi, Azərbaycan hüquq elminin görkəmli simalarının bu əsərə müsbət rəy verməsinin özlüyündə milli hüquq elmində nadir hadisə olduğunu vurğulayıb. 
Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən Qaya Əliyev cinayət-prosessual qanunvericiliyin inkişaf dinamikasından, monoqrafiyanın aktuallığından geniş söhbət açıb və əsər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq