31/10/2015 [14:11] - Cəmiyyət - ( 456 dəfə baxılıb)

“Parlament-2015” Seçki Monitorinq Mərkəzində müşahidəçilərlə görüş keçirilib


“Parlament-2015” Seçki Monitorinq Mərkəzində müşahidəçilərlə görüş və treninq keçirilib.

“Parlament-2015” Seçki Monitorinq Koalisiyasının 2015-ci il noyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin monitorinqini aparmaq üçün hazırlanan müşahidəçiləri üçün sonuncu treninqi keçirilib. Treninqdə Bakı və Sumqayıt şəhərlərində seçkiləri monitorinq edəcək müşahidəçilər iştirak edib. 120 nəfər müşahidəçinin iştirak etdiyi treninqdə “Parlament-2015” Seçki Monitorinq Koalsiyasının koordinatoru Rufiz Qonaqov müşahidəçilərin görəcəyi işlərin əhəmiyyətindən danışıb. O bildirib ki, parlament seçkiləri ölkə üçün çox böyük tarixi hadisədir. Vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, bizim üzərimizə də böyük və məsuliyyətli bir vəzifə düşür: “Bildiyiniz kimi seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün ölkəboyu 118 seçki dairəsində müşahidə aparılacaq və səsvermə prosesi izləniləcək. Artıq 380 nəfər müşahidəçimiz olan sizin həmkarlarınız bu treninqlərdə iştirak ediblər və müşahidə aparılması üçün regionlara ezam ediliblər. Bu sonuncu treninqdir və sizlər paytaxt Bakıda və Sumqayıt şəhərində müşahidə aparıb, səsvermə prosesini monitorinq edəcəksiniz. Ona görə də son dərəcə diqqətli olmaq və üzərinizə düşən vəzifəni layiqincə yerinə yetirməli, obyektiv monitorinq aparmalısınız”.

Sonra koalisiyanın eksperti, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyini sədr müavini, hüquqşünas Qaya Əliyev müşahidəçilərin hüquq və vəzifələri haqqında treninq iştirakçılarına təlim keçib. O, müşahidəçilərin hüquq və vəzifələri haqqında onlara geniş məlumat verib: “Müşahidəçilərin Seçki Məcəlləsində təsbit olunmuş hüquq və vəzifələri, səlahiyyətləri vardır. Hər bir müşahidəçinin əsas vəzifəsi bu tələblərə əməl etməkdir. Səlahiyyət həddinin aşılması yolverilməzdir və bu müşahidəçiliyin fəlsəfəsinə ziddir. Müşahidəçi seçki məntəqəsinə daxil olduqda qeydiyyatdan keçməlidir. Bütün bu hüquqlar və vəzifələr haqqında sizə paylanılmış “müşahidəçinin yaddaş kitabçası”nda ətraflı yazılıb. Siz bu kitabçada sizə izah olunan qaydada hərəkət etməli və prosedurlara dəqiqliklə əməl etməlisiz. Müşahidəçi olaraq, faktları qeyd etməli və daha sonra toplanan faktları, rəylərinizi Koalsiyanın Monitorinq Mərkəzinə çatdıra bilərsiniz. Sizin məlumatlarınız analiz ediləcək və səsvermə prosesi ilə bağlı Koalisiyanın hesabatı hazırlanacaqdır”.

Treninqdə Koalisiyanın üzvləri Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev və Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov iştirak edib.

Xatırladaq ki, “Parlament-2015” Seçki Monitorinq Koalisiyasında ölkənin 5 qeyri-hökumət təşkilatı - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırılmalar Mərkəzi,

İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu, Azərbaycan Tələbələr Birliyi təmsil olunur.

Koalisiyanın ilk Aralıq Hesabatı (02 oktyabr-28 oktyabr) hazırlanmış və 29 oktyabrda yayılmışdır. Hesabat Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli Sərəncamından sonra seçkilərin təşkili, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkilərdə iştirak, müşahidəçilərin qeydiyyatı, namizədlər və siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, seçkiqabağı təşviqat, KİV-ə çıxış imkanları, habelə rəsmi seçki orqanlarının fəaliyyətini əhatə etmişdir.
Mənbə: moderator.az

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq