Qarabağ savaşı haqqında yeni kitab

Qarabağ savaşı haqqında yeni kitab
Bu günlerde genc hüquqşünas Qaya Aliyevin “Bir bölüyün manifesti” oçerki “Elm ve tahsil” neşriyyatı tarafından nefis tertibatda kütlevi tirajla çap olunub. Eser Yasamal taboru şehidlerinin timsalında Azerbaycanın dövlet müsteqilliyi ve erazi bütünlüyünün müdafiesi uğrunda helak olmuş şehidlerimizin eziz hatırasına ithaf edilib. Kitabda Yasamal taborunun II bölüyünün terkibinde Azerbaycanın erazi bütünlüyünün müdafiesi uğrunda reşadetle döyüşmüş igid oğullarımızın her birinin keçdiyi ömür ve döyüş yolu ayrı-ayrılıqda tehlil olunaraq, bölüyün herbi-psikoloji panoraması yaradılıb. Eserde tabor komandiri, Azerbaycan Respublikasının Milli Qahramanı Mirelekber İbrahimovun hayat ve fealiyyeti, keçdiyi şanlı döyüş yolu da geniş işıqlandırılıb. Kitabda hemçinin Qarabağ münaqişesinin, Xocalı soyqırımının, 20 Yanvar hadiselerinin  hüquqi taraflarına da tokunulub.
Kitabın “Ön söz” yazarı ve redaktoru felsefe elmleri doktoru, professor Asadulla Qurbanovdur. Esere Milli Meclisin deputatı, AMEA-nın mühbir üzvü ve A.Bakıhanov adına Tarih İnstitutunun direktoru, tarih elmleri doktoru, professor Yaqub Mahmudov, “Yeni Azerbaycan” qazetinin baş redaktoru, siyasi elmler doktoru, politoloq Hikmet Babaoğlu, filologiya elmleri doktoru, professor Vüqar Ahmed, AMEA A.Bakıhanov adına Tarih İnstitutunun direktor müavini, tarih üzre felsefe doktoru, professor Cebi Behramov ve yazıçı-publisist, polkovnik-leytenant Şemistan Nezirli rey vermişler.
Hatırladaq ki, sözügeden eser öten il “Cinayet-prosessual qanunvericiliyin menbelerinin elmi-nezeri esasları ve hüquqi karakteristikası” mövzusunda monoqrafiyası neşr edilmiş genc hüquqşünas Qaya Aliyevin bedii-publisistik janrda ilk qalem tecrübesidir.
atev.az

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq