"Bir bölüyün manifesti"

Şəhidlərimizdən bəhs edən daha bir kitab

   
Gənc hüquqşünas Qaya Əliyevin "Bir bölüyün manifesti" oçerki işıq üzü görüb. Oçerk "Elm və Təhsil" nəşriyyatında nəfis tərtibatda, kütləvi tirajla çap olunub.

   Müəllif tərəfindən Yasamal taborunun şəhidlərinin timsalında Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsinə və onların fədakar valideynlərinə ithaf edilmiş bu kitab Yasamal taborunun II Bölüyünün Qarabağ müharibəsində keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Bölüyün tərkibində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda rəşadətlə döyüşmüş igid oğullarımızın hər birinin keçdiyi ömür və döyüş yolu müəllif tərəfindən ayrı-ayrılıqda təhlil olunaraq, bütövlükdə bölüyün hərbi-psixoloji panoraması yaradılıb. Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində qələmə alınmış bu əsər mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

   Kitabın "Ön sözü"nün müəllifi və redaktoru fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanovdur. Kitabın rəyçiləri Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü və A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudov, filologiya elmləri doktoru, professor, şair-ədəbiyyatşünas Vüqar Əhməd, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov və yazıçı-publisist, polkovnik-leytenant Şəmistan Nəzirlidir.

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq