15-01-2015, 10:43 / Sənədsiz evlərlə bağlı məsələ kökündən həll olundu

Sənədsiz evlərlə bağlı məsələ kökündən həll olundu
Sənədsiz evlərlə bağlı məsələ kökündən həll olundu

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nı təsdiq edib. Sözsüz ki, bu fərman 10 minlərlə evin sənədləşməsinə imkan yaradacaq və xeyli insanın problemi həll olunacaq.

Məsələylə bağlı fikirlərini “Unikal”la bölüşən hüquqşünas Qaya Əliyev deyib ki, bu fərman sənədsiz evlərə vekrilən aministiya kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, prezidentin Fərmanı illər boyu öz həllini tapmamış, qanunvericilikdə bir qədər açıq saxlanılmış vətəndaşların mülkiyyət hüquqlarının dövlət tərəfindən qeydiyyatı və tanınması ilə bağlı müəyyən problemlərin həlli baxımından son dərəcə mühüm addımdır. 
O daha sonra bildirib ki, Mülki Məcəlləyə 30 sentyabr 2011-ci il tarixdə edilmiş əlavələrə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hüquqi əsaslar müəyyən edilibdir: "Həmin Məcəllənin 139-1.1.8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün zəruri əsaslarından biri kimi “Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər göstərilmişdir. Fərmanda bir növ Mülki Məcəllənin həmin maddəsinin dispoziyasiyasında blanket formada qeyd olunmuş qaydanın ifadəsidir. Bu fərman vətəndaşların mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin asanlaşmasına, bu sahədə bir sıra bürokratik problemlərin həllinə, mülkiyyət hüquqlarının tanınmasına, daşınmaz əmlakla bağlı dövriyyənin genişlənməsinə gətirib çıxaracaq. Məsələn, uzun müddət məhkəmə təcrübəsində ciddi problemə çevrilən xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair sənədlər, sosial kirayə müqavilələri, orderlər tipli aktların vətəndaşların daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əsasları kimi tanınması məsələsi birdəfəlik öz həllini tapmış olacaq. Həmçinin, hal-hazırda məhkəmə praktikasında ciddi problemlərdən biri də keçmiş kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqlarının tanınmasıdır. Sözügedən fərmanda bu məsələnin həlli ilə bağlı müvafiq təkliflərin hazırlanması barədə Nazirlər Kabinetinə göstəriş verilib. Ümid edirik ki, bu problem də öz həllini tapacaq. Əvvəlki dövrdə belə bir fərmanın olmaması daşınmaz əmlakla bağlı mülki dövriyyəni, daşınmaz əmlakın alqı-satqısını çətinləşdirirdi, hətta bəzən sırf buna görə dövlət ehtiyacları üçün vətəndaşların mülkiyyət obyektlərinin satın alınması zamanı qeyri-adekvat kompensasiya və s. problemlər yaranırdı. Hesab edirik ki, bu fərman həmin problemlərin aradan qaldırılmasına gətirib çıxaracaq".
“Unikal”ın məlumatına görə, iqtisadçı alim Vüqar Bayramov da maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, sözügedən qanun qüvvəyə minənədək inşa edilmiş əmlakların dövlət qeydiyyatı ilə bağlı konkret mexanizmlər müəyyənləşdirilib. Bu isə o deməkdir ki, 2004-cü ilin 29 uyununadək alınan və ya inşa edilən əmlaklar fərmanla müəyyənləşdirilən sənədlər ilə dövlət qeydiyyatına alınmalıdır: "Bu zaman sadəcə həmin əmlakın magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməməsi vacibdir. Fərman “belə təhlükəli zonalarda” yerləşən tikintilərin qeydiyyatını nəzərdə tutmur”.
İqtisadçı hesab edir ki, sənəddə əhəmiyyətli məqamlardan biri də əmlakın real ölçüləri ilə bağlıdır: "Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin və ya otağın sahəsinin faktiki göstəriciləri ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin. Bu zaman əlavə tikililər nəzərə alınmayacaq. Bu o deməkdir ki, əgər sənəddə otağın sahəsi 20 kv metr, amma reallıqda 25 kv metrdirsə o zaman reystirdə real ölçülər qeydiyyatdan keçəcək".

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq