Sumqayıtda bələdiyyələrin idarə edilməsində QHT-lərin rolu müzakirə edilib - FOTOLAR






Vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT-lər də bu il keçirilən bələdiyyə seçkilərində aktiv iştirak edəcək və layiqincə təmsil olunacaqlar.
Sumqayıtda bələdiyyələrin idarə edilməsində QHT-lərin rolu müzakirə edilib- FOTOLAR

Aprelin 22-də İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi  Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Səmərəli bələdiyyə idarəetməsində və qərarların qəbulunda QHT-lərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini keçirdi.  Sumqayıtın Tarixi Muzeyində keçirilən tədbirdə   Sumqayıt, Hacı Zeynalabdin və Corat bələdiyyələrinin  üzvləri,  məhəllə komitələrinin təmsilçiləri, bələdiyyə qulluqçuları, QHT və media rəhbərləri, ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə İnsan Hüquqları və  Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov açdı. Layihə haqqında məlumat verən R. Becanov bildirdi ki, layihə Bakıda 5, Sumqayıtda 3 bələdiyyəni əhatə edəcək. O, qeyd etdi ki,  bələdiyyələrlə ictimai sektor arasında əlaqənin möhkəmlənməsi və münasibətlərin inkişafının gücləndirilməsinə ehtiyac vardır.
 Birlik rəhbəri  vurğuladı ki,  bələdiyyə idarəetməsində QHT-lərlə əlaqələrin gücləndirilməsi ictimai münasibətlərin inkişafı, şəffaf büdcə prosesinə dəstək verməklə, əhalinin müxtəlif ictimai problemlərinin öyrənilməsi, ictimai müzakirəyə çıxarılması, sosial layihələrdə əhalinin istəklərinin nəzərə alınması və qərarların qəbulunda səmərəliliyə yardım edilə bilər: “Bu isə öz növbəsində daha çox və davamlı büdcə vəsaiti, habelə əhalinin əsas problemlərindən biri olan işsizlik probleminin həllinə müsbət təsir edəcəkdir”.
 Tədbirdə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədr müavini, layihənin eksperti Qaya Əliyev isə  məruzə ilə çıxış etdi:
 “Bələdiyyələr QHT-lərlə əməkdaşlıq etsə, ictimai problemlərin öyrənilməsində onların imkanlarından yararlansa, həm şəffaflıq prinsipləri qorunar, həm səmərəli idarəçilik hesabına qanun pozuntularına yol verilməz. Beynəlxalq təcrübə də göstərir ki, idarəetmə ictimai sektorla yaxınlaşarsa, səmərəlilik artır, ictimai problemlər daha tez və effektiv həll olunur. “İctimai iştirakçılıq haqqında” Qanunun qəbulundan sonra bələdiyyə-QHT münasibətlərinin yeni mərhələsinə başlanılmalıdır. Bələdiyyə-QHT-vətəndaşlar arasında “Açıq Mikrofon” təşkil olunmalıdır ki, ictimai problemlərin həllinı və səmərəli bələdiyyə idarəetməsinə kompleks yanaşılsın. Bilirik ki, bələdiyyələr məhdud vergiyığma səlahiyyəti və zəif maliyyə əsaslarına sahibdirlər.  Sakinlərin çoxu da işsizlik probleminin həllini bələdiyyədən gözləyir. QHT-lərlə birgə müxtəlif innovativ ideyalar və ilkin kapitalın az tələb olunduğu sahələr, müəyyənləşdirilə bilər. Eləcə də müxtəlif qrant proqramlarına çıxış əldə etmək olar. Nəticədə gəlir gətirən bələdiyyə müəssisələri yaradılar ki, bu da həm yeni büdcə vəsaiti və işsizliyin azaldılmasına dəstəkdir”.
Digər çıxış edənlər də  bildirdilər ki,  təkcə QHT-lər deyil, bələdiyyələr digər vətəndaş cəmiyyəti institutları ilə də əlaqələr qurulmasında maraqlı olmalıdır. Bu, onların həm informasiya açıqlığı, həm də ictimaiyyətlə əlaqələri üçün vacibdir.










0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq