“Səmərəli bələdiyyə idarəetməsində və qərarların qəbulunda vətəndaş cəmiyyəti institutlarının rolunun gücləndirilməsi” mövzusunda tədbir keçirilib

Tarix: 15.04 | Saat: 14:53 | 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin təşkil etdiyi “Səmərəli bələdiyyə idarəetməsində və qərarların qəbulunda vətəndaş cəmiyyəti institutlarının rolunun gücləndirilməsi” mövzusunda tədbir keçirilib. Bmm.az xəbər verir ki, tədbiri giriş sözü ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafael Becanov açıb. Layihə haqqında məlumat verən R. Becanov bildirib ki, layihə Bakıda 5, Sumqayıtda 3 bələdiyyəni əhatə edəcək. Tədbirdə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədr müavini Qaya Əliyev məruzə ilə çıxış edib. “Bələdiyyələr QHT-lərlə əməkdaşlıq etsə, ictimai problemlərin öyrənilməsində onların imkanlarından yararlansa, həm şəffaflıq prinsipləri qorunar, həm səmərəli idarəçilik hesabına qanun pozuntularına yol verilməz”. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov çıxış edərək bildirib ki, bələdiyyələrlə QHT-lər arasında əlaqələrin gücləndirilməsi günümüzün ən aktual problemlərindəndir. Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxışında bildirib ki, təkcə QHT-lər deyil, bələdiyyələr digər vətəndaş cəmiyyəti institutları ilə də əlaqələr qurulmasında maraqlı olmalıdır.
Xəbər 145 dəfə oxundu

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq