Rəfail Becanov: “Bələdiyyə-QHT əlaqələri daha çox büdcə vəsaiti deməkdir”

Xəbərim İnformasiya Agentliyi 15 Nis, 2014 05:20 PM | Kateqoriya Cəmiyyət | ilə 
aa280tedbir
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Səmərəli bələdiyyə idarəetməsində və qərarların qəbulunda QHT-lərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ilk tədbirini keçirib.
Xeberim.Az xəbər verir ki, layihə haqqında məlumat verən İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov, layihənin Bakıda 5, Sumqayıtda 3 bələdiyyəni əhatə edəcəyini deyib.
Onun sözlərinə görə, bələdiyyələrlə ictimai sektor arasında əlaqənin möhkəmlənməsinə və münasibətlərin inkişafının gücləndirilməsinə ehtiyac var: “Bələdiyyə idarəetməsində QHT-lərlə əlaqələrin gücləndirilməsi ictimai münasibətlərin inkişafı, şəffaf büdcə prosesinə dəstək verməklə, əhalinin müxtəlif ictimai problemlərinin öyrənilməsinə kömək edə bilər. Bunun ictimai müzakirəyə çıxarılması, həm də sosial layihələrdə əhalinin istəklərinin nəzərə alınmasına və qərarların qəbulunda səmərəliliyə yardım edə bilər.”
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədr müavini, layihənin eksperti Qaya Əliyev bildirib ki, bələdiyyələr QHT-lərlə əməkdaşlıq etsə və ictimai problemlərin öyrənilməsində onların imkanlarından yararlansa, həm şəffaflıq prinsipləri qorunar, həm səmərəli idarəçilik hesabına qanun pozuntularına yol verilməz: “Beynəlxalq təcrübə də göstərir ki, idarəetmə ictimai sektorla yaxınlaşarsa, səmərəlilik artır, ictimai problemlər daha tez və effektiv həll olunur. Bələdiyyə-QHT-vətəndaşlar arasında “Açıq Mikrofon” təşkil olunmalıdır ki, ictimai problemlərin həllinı və səmərəli bələdiyyə idarəetməsinə kompleks yanaşılsın. Bilirik ki, bələdiyyələr məhdud vergiyığma səlahiyyəti və zəif maliyyə əsaslarına sahibdirlər. Sakinlərin çoxu da işsizlik probleminin həllini bələdiyyədən gözləyir.”
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, bələdiyyələrlə QHT-lər arasında əlaqələrin gücləndirilməsinin günümüzün ən aktual problemlərindən olduğunu söyləyib.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxışında bildirib ki, təkcə QHT-lər deyil, bələdiyyələr digər vətəndaş cəmiyyəti institutları ilə də əlaqələr qurulmasında maraqlı olmalıdır. Bu, onların həm informasiya açıqlığı, həm də ictimaiyyətlə əlaqələri üçün vacibdir.
Yazar: Xəbərim İnformasiya Agentliyi - Gənc! Güc! Gələcək!

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq