Bələdiyyələrin idarə edilməsində QHT-lərin rolu müzakirə edilib

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Səmərəli bələdiyyə idarəetməsində və qərarların qəbulunda QHT-lərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ilk tədbirini keçirib. Tədbirdə  Səbail, Yasamal, Nərimanov, Binəqədi və Nəsimi bələdiyyələrinin üzvləri, məhəllə komitələrinin təmsilçiləri, bələdiyyə qulluqçuları, QHT və media rəhbərləri, ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə İnsan Hüquqları və  Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov açıb. Layihə haqqında məlumat verən R. Becanov bildirib ki, layihə Bakıda 5, Sumqayıtda 3 bələdiyyəni əhatə edəcək.

Tədbirdə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədr müavini, layihənin eksperti Qaya Əliyev, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və digərləri çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası icra katibliyinin məsləhətçisi Gülsəba Ələsgərova iştirak edib.

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq