“Elektron məhkəmə” informasiya sisteminin yaradılması məhkəmə sahəsində hansı dəyişikliklərə səbəb olacaq?

Bu prosedur məhkəmə proseslərinin monitorinqini həyata keçirməyə çalışan ictimai birliklərin də işini asanlaşdıracaq
Bakı, Həsən Babayev, İnteraz - 22 Fevral 2014, 12:44















Son zamanlar ölkədə dövlət orqanlarının fəaliyyətinin əmərəliliyinin və operativliyinin yüksəldilməsini, şəffaflığın təmin olunması, informasiya tələbatının dolğun ödənilməsi istiqamətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi geniş vüsət alıb. 

Hüquqşünas Qaya Əliyev prezidentin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında imzaladığı sərəncamı İnterAz-a şərh edərkən bildirib ki, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması məhkəmə sisteminin şəffaflaşdırılması, demokratikləşdirilməsi, bürokratiyanın və süründürməçiliyin aradan qaldırılması, kargüzarlığın sadələşdirilməsi, eləcə də ədalət mühakiməsinə ictimai nəzarətin və məhkəmə aşkarlığının təmin olunması istiqamətində mühüm addımdır. 

Bu prosedur məhkəmə proseslərinin monitorinqini həyata keçirməyə çalışan ictimai birliklərin də işini asanlaşdıracaq. 

Müsahibimiz qeyd edir ki, Dövlət başçısının sərəncamı hüquq elminin də yüksək inkişafına rəvac verəcək. 

Bu prosedura keçidin digər bir müsbət tərəfi ondan obarətdir ki, hüquqşünaslıq ixtisası üzrə ali təhsil alan tələbələr onlayn rejimdə məhkəmə proseslərini izləməklə nəzəri biliklərini praktiki müstəvidə möhkəmləndirə biləcək, habelə hüquq üzrə empirik biliklər əldə edəcəklər.

Ətraflı videosujetdə:




©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq