20 yanvar hadisələri haqqında...

20 yanvar hadisələrinə həm siyasi, həm də hüquqi aspektdən qiymət vermək lazımdır. Hüquqi baxımdan, bu hadisələr BMT Baş Asambleyasının 1974-cü il tarixli Təcavüzün tərifi haqqında Qətnaməsinin 7-ci və 3-cü maddəsi konteksində silahlı təcavüzdür. Başqa sözlə desək, bu təcavüz aktı SSRİ-nin müvafiq strukturlarının və silahlı qüvvvələrinin öz müqəddəratını təyin edib, milli dövlətçiliyindən məhrum edilmiş və öz dövlətçiliyini bərpa etməyə çalışan bir xalqa özünün "self-determination" hüququnu realizə etməyə zorakı vasitələrlə mane olmasında ifadə olunub. Təbii ki, beynəlxalq cinayət hüququnda ən ağır cinayət hesab olunan silahlı təcavüz aktını Azərbaycan xalqına qarşı törətdiyinə görə və ya törədilməsində bu və ya digər dərəcədə iştirak etdiyinə görə bütün təqsirli fiziki şəxslər cinayət məsuliyyətinə, bu silahlı təcavüz aktını törətmiş SRRİ dövlətinin hüquqi varisi olan Rusiya Federasiyası isə bir dövlət kimi siyasi və maddi məsuliyyətə cəlb olunmalıdır. Bu istiqamətdə xarici siyasət orqanlarımız əsasən BMT və digər müvafiq beynəlxalq qurumlar çərçivəsində diplomatik iş aparmalıdır. 20 yanvar hadisələrinin siyasi aspektinə gəldikdə, bu hadisələr mən deyərdim ki, 1956-cı il Macarıstan hadisələri macar xalqı üçün, 1968-ci il "Praqa baharı" çex xalqı üçün nə deməkdirsə, 20 yanvar 1990-cı il hadisələri də Azərbaycan xalqı üçün odur. Bu dövlət müstəqilliyindən və dövlətçiliyindən zorakı vasitələrlə və qanunsuz üsullarla məhrum edilmiş bir xalqın öz müqəddəratını təyin etmək uğrunda şanlı mübarizə və qəhramanlıq tarixidir.

Qaya Əliyev
 20 yanvar 2014-cü il

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq