~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Diplomumun surətinin notaritat təsdiqi üçün 41 saylı notariat kontoruna (Xüsusi, yəni qeyri-dövlət notariusu) müraciət etmişdim. Kontorun əməkdaşları mənə bildirdilər ki, diplom və ona əlavənin birlikdə surətinin notariat təsdiqi 11 AZN qiymətinə başa gəlir. Dövlət rüsumu haqqında qanunun müddəlarını onlara xatırladıb bu əməliyyatın maksimum 7 AZN qiymətinə başa gəldiyini izah edəndə, onlar mənə bildirdilər ki, bu notariat kontoru diplomu və ona edilmiş əlavəni ayrı-ayrı müstəqil sənədlər hesab edirlər. Mən izah etməyə çalışdım ki, diploma əlavənin özünün üzərində göstərilib ki, bu əlavə diplomsuz etibarsızdır, yəni bu əlavə diplomun komplekt hissəsidir və ayrıca sənəd deyil. Arqumentlərimi qəbul etmədilər. Bu gün notariat xidmətindən istifadə etmək üçün Yasamal Rayonu 3 saylı ASAN xidmət mərkəzinə getdim və ASAN xidmətin nəzdindəki notariusda həmin diplomumun və ona əlavənin surətimənim hesabladığım kimi və dövlət rüsümu haqqında qanunvericiliyə müvafiq olaraq, 41 saylı notariat kontorunun əməkdaşlarının iddia etdiklərindən fərqli olaraq 7 AZN-ə təsdiq edildi. ASAN Xidmətdə 41 saylı notariat kontorundan fərqli olaraq diploma əlavənin diplomun komplekt hissəsi olduğunu, rüsumun hesablanma qaydasını izah etməyimə ehtiyac qalmadı, hətta bunu xidmətin əmıkdaşı özü nəzərimə çatdırdı ki, artıq vəsait xərcləməyim. Fikrimcə, ASAN Xidmət modeli bütün rayonlarda, ilkin, təxirəsalınmaz tədbir kimi Respublika tabeliyində olan şəhərlərdə tətbiq edilməlidir.

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq