~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Atalar deyib ki, sonrakı peşmançılıq fayda verməz. Lakin, həm hüquqi, həm faktiki baxımdan sonrakı peşmançılığın çox faydalı olduğunu əsaslandırmaq olar. Belə ki, Cinayət Məcəlləsinin 59-cu maddəsi əsasında cinayət mühakimə icraatında peşmançılıq cəza təyini zamanı cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Hətta, səmimi peşmançılıq CM-nin 72-ci maddəsinə əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsi cinayət məsuliyyətindən azad edə bilir. Faktiki baxımdan, sonrakı peşmançılıq haqqında onu demək olar ki, elə həyat təcrübəsi sonrakı peşmançılıqların məcmusu deyilmi.

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq