Bildinmi sən, ey vəfasız?














Şad idim, qəmxanə oldum.
Şəminə pərvanə oldum.
Mən dəli divanə oldum.
Bildinmi sən, ey vəfasız?

********************

Qəhət oldu mənə rahət
Günüm oldu zülm-zillət
Cəfadan etməm şikayət
Varmı eşq  cövri- cəfasız?

*******************

Gəl çarə ol naçarına
Təbib ol sən, bimarına
Şəfa et bimar yarına
Təbib olarmı şəfasız?

*******************

Yazıldı eşqin təlimi
Bu təlimin mən müəllimi
Bu eşq elm, mən alimi
Elm olarmı ürəfasız?

*******************

Bağça olsam,  sən çiçəyi
Bir cüt  gözəm sən bəbəyi
Ey gözəllərin göyçəyi,
Yaşarmı vücud qafasız?

*******************

Quran, İncil , Əhdi-ətiq
Yaradıbdı eşqi xaliq
Fərz elə ki , yarsız aşiq
Xilafətdir xüləfasız


*******************
Günü ah-vay, kədər oldu
Cavan ömrü hədər oldu
Sənsiz O, dərbədər oldu
Ömr etdi Qaya səfasız
Bildinmi sən, ey vəfasız?

                    Qaya Əliyev
                     2011         

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq