Ay gözəlim!


Deməsən sözün  ardını,
Danışmasan da dərdini,
Birini  desən, dördünü
bilərəm mən, ay gözəlim!

***********************

Gəlib sənin dərgahına,
Əl açsam səcdəgahına,
Səndən bir əfv günahıma
Dilərəm mən, ay gözəlim!

************************

Anlamadım təlaşını.
Qədrini bil sirdaşının.
Ağlasan gözün yaşını
Silərəm mən, ay gözəlim!

***********************

Evim saray, muzey olsa
Məzarım  mavzoley olsa
İnan sənə bir şey olsa
Ölərəm mən, ay gözəlim!

***********************

Təki məni yadına sal.
Qurbandır, gəl, canımı al
Desən "getmə", "yanımda qal".
Qalaram mən, ay gözəlim!

***********************

Yetdin mənim fəryadıma.
Çevrildin qol-qanadıma.
Səni, hər bir an   yadıma
salıram mən ,ay gözəlim!

***********************

Olarsam qoca yaşında
Lap ölümün təlaşında
Sən dünyanın o başında
Gələrəm mən, ay gözəlim!

                              

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq