2003-cü ildə Yaxın və Orta Şərqlə bağlı verdiyim proqnozlar

Bu gün şəxsi arxivimi səliqəyə salanda maraqlı bir nüansla qarşılaşdım.Arxivimdə BDU-da Beynəlxalq münasibətlər ixtisasının 2-ci kursunda oxuyarkən (2003-cü il) fakültənin elmi jurnalı üçün yazdığım,lakin həcmi jurnalından özündən çox olduğuna görə dərc olunmamış, ABŞ-ın yeni yaxın şərq siyasəti ilə bağlı elmi məqaləmi nəzərdən keçirdim.Və çox təəcübləndim.2003-də yazdığım elmi-məqalədə Yaxın Şərqin gələcəyi ilə bağlı 9 proqnoz vermişdim.Həmin proqnozlarımı bu günkü situasiya ilə müqayisə etmək üçün diqqətinizə təqdim edirəm.

"1.Regionda mövcud olan avtoritar rejimlər demokratik rejimlərlə əvəz olunacaq. Yəni, Ağ Evin təsəvvüründə olan Orta Şərq Səddam Hüseynsiz İraq, Bəşər Əsədsiz Suriya, M.Qəzzafisiz Liviya (M.Qəzzafi Əfqanıstana qarşı aparılan hərbi əməliyyatları ABŞ-ın “Özünü qorumaq üçün qanuni aksiyası, talibançıları “İkiüzlülər dəstəsi və əxlaqsız kafirlər”adlandırsa da Vaşinqton 1981, 86, 88, 89-cu illər hadisələrini untumayıb), Kral Abdullasız Urdun, Səudlarsız Səudiyyə-Ərəbistanı, mollalarsız İran, əmirsiz Küveyt, Sultansız Oman və monarxsız Qətərdən ibarətdir.

2. Normal iqtisadi və sosial münasibətlər qurulacaq, regionun iqtisadi infrastrukturu modernləşdiriləcək.

3. İnsan hüquqları və demokratiya regionun daxili imkanları və potensialı hesabına təmin olunacaq.

4. Terrorizm, insan alveri, mütəşəkkil cinayətkar qruplaşmalar aradan qaldırılacaq.

5. Qurulması nəzərdə tutulan demokratiyanın və liberalitetin sərhədlərini və çərçivəsini ABŞ-ın geosiyasi maraqları müəyyənləşdirəcək.

6. Regionda ABŞ-a qarşı loyal münasibət formalaşdırılacaq. Bu işdə donor təşkilatlardan, QHT-lərdən və s. istifadə olunacaq.

7. Bölgənin iqtisadi strukturuna və neft resurslarına nəzarət Vaşinqtonun əlində olacaq.

8. Dini, etnik, ərzasi və s. münaqişələr nizamlanacaq.

9. Kütləvi qırğın və baktreoloji-kimyəvi silahlar regiondan çıxarılacaq. Hərbi siyasi balansın təmin edilməsi ilə dünyanın ən qaynar nöqtələrindən birinə çevrilən bölgədə uzun müddətli sülh təmin edilmiş olacaq. Xatırladaq ki, demokratiyanın bərqərar olduğu ölkələr arasında müharibəyə nadir hallarda təsadüf edilir."



0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq