Sevəcəyəm, sevəcəyəm səni mən


Bir zamanlar sən var idin. Hər şey nağıllarda olduğu kimi başlamışdı. Biri var idi ,biri yox idi...Elə sən özün də nağıllardan oğurlayıb taleyimə gətirdiyim su pərisi deyildinmi ? ...Amma, nə biləydim ki, bir gün həyat səni taleyimdən oğurlayıb nağıllara qaytaracaq...Hər gün  səni qaytarmaq üçün mübarizə apardım. Səni yenidən nağıllardan oğurlayıb həyatıma gətirməyə çalışdım və bacarmadım...Amma, sən nağıllardan qaçıb yuxularıma gələ bildin.Yenə, Cavid Parkındakı skameykamızda oturduq, mən qumral saçlarını sığalladım, ala gözlərinə heyranlıqla baxıb dodaqlarım əsə-əsə "səni sevirəm " dedim. Artıq, yuxulardır yeni görüş yerimiz. Nə yaxşı ki, həyatımda sən var idin...

Həsrət, hicran sonu bu məhəbbətin

Ürəyimdə yaşayacaq həsrətin
İnnən belə görüşümüz çox çətin
Ölənəcən sevəcəyəm səni mən
Sevəcəyəm, sevəcəyəm səni mən

***************************

Yollarında gözüm qaldı,sevgilim
Ürəyimdə sözüm qaldı,sevgilim
Məgər, məndə dözüm qaldı sevgilim?
Ölənəcən sevəcəyəm səni mən
Sevəcəyəm, sevəcəyəm səni mən

***************************

Mən bilirəm bir can yaşar canımda
İllər keçib artıq yoxsan yanımda
Heçdir mənə sənsiz mənim canım da
Ölənəcən sevəcəyəm səni mən
Sevəcəyəm, sevəcəyəm səni mən

***************************

Sənsiz gündüzüm də, gecəm də qara
Sən oldun mələyim dərdimə çara
Nə olsun vuruldu qəlbimə yara
Ölənəcən sevəcəyəm səni mən
Sevəcəyəm, sevəcəyəm səni mən

***************************

Ayırdılar,həsrət qaldı yadigar
Bir nakam məhəbbət qaldı yadigar
Eşqimə sədaqət qaldı yadigar
Ölənəcən sevəcəyəm səni mən
Sevəcəyəm, sevəcəyəm səni mən

**************************

Bir şirin xatirə daha o anlar
Artıq nə sən varsan nə də o günlər
Sənsiz ruhum inlər ürəyim inlər
Ölənəcən sevəcəyəm səni mən
Sevəcəyəm, sevəcəyəm səni mən


                                       Qaya Əliyev

0 şərh:

Yorum Gönder

Ən çox oxunanlar

 
Kataloq