Qərbi Azərbaycandan deportasiyalarla bağlı dəyirmi masa keçirilib

09/18/2016
Oxunma sayısı : 536


“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin (BİRA) təsis etdiyi “İrəvan - 2018” Hərəkatının növbəti tədbiri baş tutub. “Ermənistanın etnik təmizləmə və deportasiya siyasəti, beynəlxalq hüquq kontekstində” mövzusunda baş tutan tədbirdə məruzəçi kimi “Müvəkkil Hüquq Mərkəzi”nin sədri Səməd Vəkilov və AMEA İnsan Hüquqları İnstitutunun Milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisi Qaya Əliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BİRA-nın və “İrəvan-2018” Hərəkatının sədri Zaur Qəriboğlu bildirib ki, bu gün dünyada deportasiyalar beynəlxalq cinayət kimi qəbul olunur: “Azərbaycan xalqı da bu beynəlxalq cinayətlə zaman-zaman üz-üzə qalıb. Erməni təcavüzçüləri tərəfindən öz doğma dədə-baba yurdları işğal edilən millətimiz deportasiyaya məruz qalmış, hüquqları kobud surətdə pozulmuşdur. Acınacaqlı haldır ki, indiyə qədər bu deportasiyalara beynəlxalq qurumlar tərəfindən heç bir hüquqi qiymət verilməyib. Bizim hərəkat olaraq, əsas məqsədlərimizdən biri də odur ki, deportasiyaya məruz qalan Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarını müdafiə edək və bunun beynəlxalq müstəvidə həllinə nail olmağa çalışaq”.
Daha sonra çıxış edən BİRA-nın və “İrəvan-2018” Hərəkatının sədr müavini Oktay Hacımusalı qeyd edib ki, bu gün dünyanın aparıcı beynəlxalq təşkilatlarının ölkəmizə ikili standartlarla yanaşması bütün sahələrdə özünü göstərir: “Qərbi azərbaycanlı soydaşlarımızın öz doğma yurd-yuvalarından sonuncu deportasiya faktından 20 il ötməsinə baxmayaraq, hələ də bu hadisəyə hüquqi qiymətin verilməməsinin özü də elə bu ikili standartın bariz nümunəsidir. “İrəvan – 2018” Hərəkatı məhz bu ikili standartlar çərçivəsində fəaliyyət göstərən beynəlxalq qurumlar qarşısında hüquqi aspektdən sonuna qədər mübarizə apararaq, həmin soydaşlarımızın hüquqlarını bərpa edəcək”.
Tədbirdə məruzəçi kimi çıxış edən “Müvəkkil Hüquq Mərkəzi”nin sədri Səməd Vəkilov Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində “İrəvan-2018” Hərəkatına öz dəyərli tövsiyələrini verərək, bildirdi ki, bu gün vətən naminə fəaliyyət göstərən hər bir QHT hərəkata dəstək olmalıdır: “Hüquqi baxımdan deportasiyalara qiymət verərkən, müxtəlif nüansları diqqətə almaq lazımdır. Belə ki, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın mülkiyyət və vətəndaşlıq hüquqları defakto bərpa edilməlidir. Bunun üçün müxtəlif beynəlxalq instansiyalara müraciət edilməli və lazım sənədlər toplanaraq, həmin müraciətlərin sayı artırılmalıdır. Bu istiqamətdə istər şəxsim, istərsə, təşkilatım adından hər cürə dəstəyi verə biləcəyimi bəyan edirəm”.
Daha sonra söz alan digər məruzəçi AMEA İnsan Hüquqları İnstitutunun Milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisi Qaya Əliyev məsələnin beynəlxalq hüquq müstəvisində bir predmet kimi həlli yollarına toxunub: “Təbii ki, bayaq çıxışçıların da qeyd etdiyi kimi bu yöndə ikili standartlar mövcuddur. Amma bu heç də o demək deyil ki, bizlər yerimizdə sakit oturmalıyıq. İndiyə qədər bu haqda danışanların böyük əksəriyyəti məsələyə sırf folklor janrında yanaşıblar. Bəzən isə daha insaflı elm adamları hadisələrə tarixi aspektdən yanaşıblar ki, bu da əslində deportasiya faktının tam həll edilməsi üçün kifayət etməməkdədir. Bu yöndə hüquqşünaslar birgə fəaliyyət göstərməli, məsələyə hüquqi qiymət verilməsi istiqamətində toplanan sənədləri incələyib, öz səylərini əsirgəməməlidirlər. Bu çox sevindirici bir haldır ki, məhz, “İrəvan - 2018” Hərəkatı bu yöndə ilk addım atıb”.
Daha sonra çıxış edən "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, “Vətəndaşların Sosial Rifahı” İctimai Birliyinin sədri İradə Rızazadə, müstəqil ekspert Sənubər Sarallı, APA-nın erməni dilli versiyasının baş redaktoru Telman Qasımov, “Azərbaycan – İraq Mədəni Əlaqələri” İctimai Birliyinin sədri Tahirə Məmmədova, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri Mehriban Abdullayeva “İrəvan -2018” Hərəkatına bu çətin fəaliyyətlərində uğurlar arzulayaraq, öz dəstəklərini nümayiş etdirdilər.
Mənbə: www.e-vc.az

Hüquqi məsələyə folklor janrında yanaşmışıq



Bu gün Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyinin (BİRA) təsis etdiyi İrəvan-2018 Hərəkatının növbəti tədbiri baş tutub. 



Qurumdan Axar.az-a verilən məlumata görə, “Ermənistanın etnik təmizləmə və deportasiya siyasəti: beynəlxalq hüquq kontekstində” mövzusunda baş tutan tədbirdə məruzəçi kimi Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov və AMEA İnsan Hüquqları İnstitutunun Milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisi Qaya Əliyev çıxış ediblər. 

Tədbiri giriş sözü ilə açan İrəvan-2018 Hərəkatının sədri Zaur Qəriboğlu bildirib ki, bu gün dünyada deportasiyalar beynəlxalq cinayət kimi qəbul olunur: “Azərbaycan xalqı da bu beynəlxalq cinayətlə zaman-zaman üz-üzə qalıb. Acınacaqlı haldır ki, indiyə qədər bu deportasiyalara beynəlxalq qurumlar tərəfindən heç bir hüquqi qiymət verilməyib”. 

Daha sonra çıxış edən İrəvan-2018 Hərəkatının sədr müavini Oktay Hacımusalı qeyd edib ki, bu gün dünyanın aparıcı beynəlxalq təşkilatlarının ölkəmizə ikili standartlarla yanaşması bütün sahələrdə özünü göstərir: 

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində İrəvan-2018 Hərəkatına tövsiyələrini verərək, bildirib ki, bu gün vətən naminə fəaliyyət göstərən hər bir QHT hərəkata dəstək olmalıdır: “Hüquqi baxımdan deportasiyalara qiymət verərkən, müxtəlif nüansları diqqətə almaq lazımdır. Belə ki, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın mülkiyyət və vətəndaşlıq hüquqları de-fakto bərpa edilməlidir. Bunun üçün müxtəlif beynəlxalq instansiyalara müraciət edilməli və lazımi sənədlər toplanaraq, həmin müraciətlərin sayı artırılmalıdır. Bu istiqamətdə istər şəxsim, istərsə təşkilatım adından hər cür dəstəyi verə biləcəyimi bəyan edirəm”. 

AMEA İnsan Hüquqları İnstitutunun Milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisi Qaya Əliyev məsələnin beynəlxalq hüquq müstəvisində bir predmet kimi həlli yollarına toxunub: “Təbii ki, bu yöndə ikili standartlar mövcuddur. Amma bu, heç də o demək deyil ki, bizlər yerimizdə sakit oturmalıyıq. İndiyə qədər bu haqda danışanların böyük əksəriyyəti məsələyə sırf folklor janrında yanaşıblar. Bəzən isə daha insaflı elm adamları hadisələrə tarixi aspektdən yanaşıblar ki, bu da əslində deportasiya faktının tam həll edilməsi üçün kifayət deyil. Bu yöndə hüquqşünaslar birgə fəaliyyət göstərməli, məsələyə hüquqi qiymət verilməsi istiqamətində toplanan sənədləri incələyib, öz səylərini əsirgəməməlidirlər ”.

"Referendum Prezidentin siyasi və iqtisadi islahatlarının məntiqi davamıdır" - HÜQUQŞÜNAS

22 Sentyabr 2016 [13:27]
Hüquqşünas Qaya Əliyev: "Referendum aktından mövcud Konstitusiyanın terminoloji və qanunvericilik texnikası baxımından təkmilləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir”

Məlum olduğu kimi sentyabrın 26-da Azərbaycanda Referendum keçiriləcək. AMEA İnsan Hüquqları və Hüquq İnstitutunun elmi işçisi, Dövlət Əmanətlərin Sığortalanması Fondunun hüquqşünası Qaya Əliyev Unikal.org-a Referendumun keçisilməsi zərurətinin niyə yarandığı, bunun ümumilikdə dövlət idarəçiliyinə necə təsir edəcəyi barədə geniş şərh edib.
"Konstitusiya hər bir xalqın müstəqil dövlətçiliyinin vacib, fundamental elementi, dövlət və hüquq sisteminin məhək daşı, dövlət-cəmiyyət, cəmiyyət-fərd, dövlət-fərd münasibətlərinin hüquqi əsası və ölkənin əsas qanunudur. Müasir müstəqil dövlətçiliyi konstitusiyasız təsəvvür etmək qeyri-mümkündür.

Cəmiyyət inkişaf etdikcə meydana çıxan yeni ictimai münasibətlər və inkişaf etməkdə olan mövcud hüquq münasibətləri yeni keyfiyyətdə hüquq normaları ilə öz tənzimini tələb edir. Belə münasibətlərin yeni keyfiyyətdə hüquqi tənzimi bəzi hallarda kontitusion islahatları, ölkə konstitusiyasının yeni dövrün çağırışlarına uyğunlaşdırılması və müvafiq əlavə və dəyişiklikləri labüdləşdirir. Qeyd olunan hal yeni müstəqil dövlət quruculuğuna başlayan ölkələrin normaqrafiya və dövlət quruculuğu praktikasında geniş təsadüf edilir. Buna bariz misal kimi, ABŞ Konstitusiyasına edilən ilk on düzəlişin həmin konstitusiyanın qəbul edilməsindən qısa müddət sonrakı dövrə, məhz 1791-ci ilə təsadüf etməsini, hətta bununla belə 1992-ci ilin mayın 7-də həmin Konstitusiyaya növbəti düzəlişin edilməsi faktını göstərmək olar. Başqa sözlə desək, konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə müşayiət olunan konstitsion islahatlar daimi inkişafda olan ictimai həyatın və cəmiyyətin obyektiv tələblərindən doğur.

Təbii ki, dövrün tələblərinə, cəmiyyətin və dövlətin inkişaf qanunauyğunluqlarına və ölkə iqtisadiyyatının tərəqqi tempinə və s. obyektiv faktorlara müvafiq olaraq konstitusiya islahatlarının həyata keçirilməsi tendensiyasından Azərbaycan Respublikası Konstitusiyası da xali deyildir. Eyni zamanda, qeyd etməliyik ki, dünyada mövcud olan müxtəlif hüquq sistemlərindən yalnız ənənəvi hüquq sistemləri və şəriətə əsaslanan dini hüquq sistemləri əsas qanunun redaktəsinə mühafizəkar yanaşır. Azərbaycan Respublikasının da daxil olduğu roman-german, kontinental hüquq ailəsi üçün isə mütəmadi konstitusional islahatlar xarakterik haldır”.

Referenduma çıxarılan məsələlər dövlət idarəçilik sistemində hansı dəyişikliklərə səbəb olacaq sualına gəlincə? Qaya Əliyev bildirib ki, cəmiyyətin dinamik sosial-iqtisadi inkişafı yeni və daha da təkmilləşdirilmiş dövlət aparatı və normativ-hüquqi massiv diktə edir: "İlin əvvəlində prezident İlham Əliyev cənabları cari 2016-cı ili islahatlar ili elan etdi, dövlət aparatında və dövlət mexanizmasında fundamental islahatlar aparıldı, dövlət qurumları funksionallaşdırıldı, Azərbaycanda publik hüquqi şəxs institutu formalaşdırıldı, yeni qurumlar təsis edildi. Bu baxımdan, 26 iyul 2016-cı il tarixli Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkədə aparılan siyasi və iqtisadi islahatların məntiqi davamıdır.
Yeni dəyişiklikərə əsasən yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün kifayət qədər optimal institut kimi nəzərdə tutulub. Dəyişikliklərə əsasən sahibkarlıq sahəsində dövlətin funksiya və vəzifələrinin sərhədləri dəqiq müəyyən edilib. Seçkili orqanlarda yaş senzinin aradan qaldırılması da vətəndaşların passiv seçki hüququnun təminatları sahəsində mühüm praktikadır.
Referendum aktından mövcud Konstitusiyanın terminoloji və qanunvericilik texnikası baxımından təkmilləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, dövlət və xalq, "demos” anlayışı ilə ekvivalent səslənən milli istilahının etnik anlayışı ilə əvəz edilməsi, vahidlik, dövlətçilik, xalqçılıq prinsiplərini təcəssüm etdirən millilik prinsipinin bərabərlik hüququnun pozulması əsaslarından çıxarılması qanunvericilik texnikası baxımından əhəmiyyətlidir. "Milli ordu”, "milli pul vahidi”, "milli dövlətçilik” və s. bu qəbildən olan anlayışlar dediklərimizin bariz sübutudur.
Eyni zamanda, referendum layihəsində nəzərdə tutulan xüsusi mülkiyyətin sosial öhdəliklər yaratması müddəası və digər bu qəbildən olan müddəalar sosial ədalətin təmin olunmasına və korporativ sosial məsuliyyətin bərqərar olmasına xidmət edir.
Bundan başqa, layihədə şəxsi toxunulmazlıq hüququnun konstitusion əsaslarının təkmilləşdirilməsi, fərdi məlumatlardan və informasiya ehtiyyatlarından istifadə qaydaları ilə bağlı yeni müddəaların konstitusiyaya əlavə edilməsi insan hüquq və azadlqlarının təkmilləşdirilməsi istiqamətində diqqətəlayiq addımdır.
Habelə, Azərbaycanda hökm sürən və dövlət siyasəti xarakteri daşıyan tolerantlıq və multikulturalizm mühitinin daha da möhkəmləndirilməsi məqsədilə referendum layihəsində Konstitusiyanın 47-ci maddəsində irqi, dini və sosial meyarlarla yanaşı həm də hər hansı digər meyarlara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqatın və təbliğatın qadağan edilməsi təqdirəlayiqdir.
Referendum layihəsi həmçinin vətəndaşlıq institutunun, seçki sisteminin konstitusional əsaslarının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. "

Bəzi mütəxəssislər iddia edir ki, referendum aktına əsasən müəyyən olunan vətəndaşlığın itirilməsi insan hüquqlarını məhdudlaşdırır və yaxud referendum aktı qəbul olunarsa insanların mülkiyyətləri əllərindən alınacaq. Müsahibimiz bu fikirlərə münasibətini belə ifadə edib:

"Vətəndaşlıq institutunun konstitusion hüquqi əsaslarını müəyyən edən 53-cü maddənin mətninə əlavə olunan vətəndaşlığın itirilməsi institutu "Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları üzrə 2014-cü ildə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 18-ci maddəsində öz əksini tapıb.

Konstitusiyanın mülkiyyət hüququ ilə bağlı 29-cu maddəsinə edilən əlavədə nəzərdə tutulmuş əlavə ilə bağlı onu deyə bilərəm ki, əvvala mülkiyyət hüququ ilə bağlı həmin müddəalar Torpaq Məcəlləsində və mülki qanunvericilikdə də öz əksini tapıb.


Məlum olduğu kimi, Azərbaycan Respublikasının kənd təsərrüfatı təyinatlı torpaq sahələri, torpaq fondu demək olar ki, məhduddur. Humuslu torpaq ehtiyyatları daha da məhduddur. Belə olan halda, torpaq qanunvericiliyi ölkənin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan belə torpaqların mülkiyyətçilərinin adekvat təyinatı üzrə istifadə edilmədikdə və ya istifadə edilmədikdə torpaq üzərində mülkiyyət hüquqlarının ayrı-ayrı komponentlərinin blokirovka olunmasını və ya məhdudlaşdırılmasını ehtiva edir ki, bu da mülkiyyətin tamamilə şəxsin əlindən alınması demək deyil”.

Ən çox oxunanlar

 
Kataloq